Əlcəzairdə futbol matçında faciə yaşanıb.
Publika.az xəbər verir ki, tribunada baş verən insident nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb. Bu barədə yerli mülki müdafiə xidmətinin məlumatında deyilir.
“MK Alger” – “Maqra” matçı qolsuz bərabərliklə yekunlaşıb və nəticədə “MK Alger” ardıcıl ikinci dəfə ölkə çempionu olub və tarixində 9-cu titulunu qazanıb.
Lakin azarkeşlərin sevinci faciəyə çevrilib: “5 iyul” stadionunda bayram şənliyi zamanı tribunalardan birinin uçması nəticəsində bir neçə nəfər yuxarı mərtəbədən aşağı düşüb.