RU

Ceyhun Bayramov Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

Yazını böyüt
Yazını kiçilt

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51 ci sessiyası davam edir.

Hafta.az xəbər verir ki, tədbirin ikinci günü sessiya çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclası keçirilib.

Toplantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib.

İclasda çıxış edən nazir Ceyhun  Bayramov Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və müvafiq BMT Təhlükəsizlik Şurası qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Nazir bu istiqamətdə, beynəlxalq humanitar hüquqa tam əməl olunmaqla, əhalinin fundamental hüquq və azadlıqlarının qorunmasının, o cümlədən regionun demoqrafik struktunun saxlanılmasının önəmini qeyd edib.

Azərbaycanın XİN başçısı ölkəmizin İƏT və xüsusilə Təmas Qrupu çərçivəsində bu məsələyə göstərilən davamlı diqqəti yüksək qiymətləndirdiyini bildirib.

Nazir Ceyhun Bayramov Cənubi Asiyada ümumi sabitlik və təhlükəsizliyin təmin olunması baxımından Cammu və Kəşmir məsələsinin tezliklə nizamlanmasının əhəmiyyətini qeyd edib.

O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib.

Çıxışda bu il mayın 10-da  Hindistan və Pakistan arasında elan edilmiş atəşkəs razılaşması alqışlanıb, bu addımın hər iki ölkə arasında davamlı dialoq və uzunmüddətli münasibətlərin normallaşması üçün təməl rol oynayacağına ümidvarlıq ifadə olunub.

Избранный
9
33
hafta.az

10Источники