RU

Təbriklər, Tramp! - Medvedev bəzi ölkələrin İrana nüvə silahı verəcəklərini açıqladı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ-ın onun nüvə sənayesi obyektlərinə zərbə endirməsindən sonra bir sıra ölkələr İranı nüvə silahı ilə təchiz etməyə hazırdır.

Publika.az xəbər verir ki, Medvedev bu barədə "Telegram"da bildirib.

O, hansı ölkələrin İrana öz nüvə döyüş başlıqlarını verməyə hazır olduqlarını isə açıqlamayıb.

Medvedev İranda nüvə ilə bağlı kritik infrastrukturun ciddi zədələnmədiyini və buna görə də nüvə silahının gələcəkdə istehsalının mümkün olacağını qeyd edib.

O, ABŞ-ın İrana zərbəsinin digər nəticələri olacağını da vurğulayıb - xalqın İranın dini rəhbərliyi ətrafında cəmləşməsi, İsraildə çaxnaşma, Trampın Nobel Sülh Mükafatına ümidlərinin və eyni zamanda onun sülhməramlı reputasiyasının süqutu.

Избранный
9
publika.az

1Источники