Daşkəsəndə döyülmə faktı qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun dağlıq ərazisində yaylaqda qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü T.Ələkbərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, T.Ələkbərov yaylaqda tanıdığı şəxs tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov