RU

Deputat Məşhur Məmmədov Masallıda növbəti seçici qəbulunu keçirib » AzadMedia.az


Masallı şəhərindən Milli Məclisə seçilmiş 74 saylı dairənin deputatı Məşhur Məmmədov ənənəsinə sadiq qalaraq ayın son həftəsində növbəti vətəndaş qəbulunu keçirib.

Qəbul zamanı ümumilikdə 20 vətəndaş dinlənilib. Onların arasında 3 şəhid atası və 1 Vətən Müharibəsi iştirakçısı da olub. Deputat hər bir vətəndaşla fərdi qaydada görüşərək onların müraciətlərini diqqətlə dinləyib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlərin icrası üçün isə deputatın köməkçilərinə müvafiq qurumlarla əlaqə saxlanılması tapşırılıb.

Millət vəkili Məşhur Məmmədov qeyd edib ki, ay ərzində keçirilən planlı qəbullardan əlavə, köməkçiləri də mütəmadi olaraq müraciət edən vətəndaşlarla görüşür, onların problemlərinin həllinə dəstək göstərirlər.

Qəbulun əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq və onların sosial rifahına dəstək verməkdir.
Избранный
6
1
azadmedia.az

2Источники