RU

Ailənin gizli stomatoloji klinikası: 30 mindən çox qazandılar

Çexiyada polis internetdəki videolardan istifadə edərək xəstələri müalicə edən gizli ailə stomatoloji klinikasının üstünü açıb.

KONKRET.az lent.az-a istinadla xəbər verir ki, üç nəfərdən ibarət ailə – 50 yaşlı tibb bacısı, onun 44 yaşlı əri və 22 yaşlı oğlu – tibbi icazə olmadan iki il ərzində öz evlərində tibb məntəqəsi açaraq xəstələri müalicə ediblər.

“Oğul internetdəki təlimatlardan istifadə edərək dişləri çəkib müalicə edib, anası kömək edib, atası isə protezlər düzəldib”, – məlumatda vurğulanır.

Fırıldaqçılar işlərinin gedişində həbs olunana qədər dörd milyon çex kronu (30 min dollardan çox) qazanıblar. Araşdırmaya səbəb xəstələrdən birinin əsl stomatoloqa müraciəti olub.

Hər üç şəxs qanunsuz sahibkarlıq, fiziki zərər vurma və narkotik vasitələrin istehsalı ittihamları üzrə özünü təqsirli bilib. Onları 8 ilə qədər həbs gözləyir. Polis onlarla insanın ailə cinayət qrupunun qurbanı olduğunu deyir.

Избранный
2
2
konkret.az

3Источники