RU

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2106” və “Mercedes” markalı minik avtomobilləri bir-biri ilə toqquşub. Güclü zərbə nəticəsində “VAZ”ın sərnişini – 1957-ci il təvəllüdlü, Göytəpə şəhər sakini Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində həyatını itirib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri ekspertiza və istintaq tədbirlərindən sonra məlum olacaq.

Избранный
8
3
yeniazerbaycan.com

4Источники