ain.az, Sportal.az portalına istinadən məlumat yayır.
"Fənərbaxça" aparıcı oyunçularından daha biri ilə yollarını ayırmağa hazırlaşır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət Freddən gedir.
32 yaşlı yarımmüdafiəçiyə həm ölkəsindən, həm də Səudiyyə Ərəbistanından təkliflər gəlib. Türkiyə klubu özü də, onun müqavilə müddətinə son vermək niyyətindədir.
Hazırda tərəflər arasında danışıqlar gedir. Müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər olan Fredin qarşıdakı ay komandanı tərk etməsi gözlənilir.
Qeyd edək ki, “İnternasyonal”, “Şaxtyor”(Donetks), “Mançester Yunayted” klublarında oynamış təcrübəli futbolçu 2023-cü ildən “Fənərbaxça”da çıxış edirdi.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.