Sabah Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının İran ətrafındakı vəziyyətlə bağlı təcili iclası keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.
Qeyd edək ki, bundan əvvəl Tehran ABŞ-ın İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələr səbəbilə AEBA-nın Rəhbərlər Şurasının təcili iclasını çağırıb.