RU

İsrail HHQ İrandakı hərbi hədəflərə yeni zərbələr endirib

İsrailin Hərbi Hava Qüvvələri İranın qərbindəki hərbi obyektlərə növbəti zərbələr endirib.

Bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb və bunu Tehranın nüvə və raket proqramlarını pozması ilə əsaslandırıb. İslam Respublikası bir neçə saat sonra cavab hücumu həyata keçirib. Sonrakı günlərdə ölkələr yenidən bir-birlərinə zərbələr endiriblər. Hər iki tərəf hücumlar nəticəsində ölən və yaralananların olması barədə məlumat veriblər, bir sıra obyektlərin vurulduqlarını açıqlayıblar. Qarşılıqlı zərbələr davam edir.

"Cebheinfo.az" 

Избранный
25
1
cebheinfo.az

10Источники