RU

Netanyahu Trampın İran hücumunu alqışladı: “ABŞ tarix yazır”


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatı “doğru qərar” adlandırıb.

Musavat.com xəbər verir ki, o, Trampın İranın nüvə obyektlərinə zərbə endirməsini yüksək qiymətləndirib və bu hücumun tarixi dəyişdirəcəyini bildirib.

“Heç bir ölkə dünyanın edə bilmədiyini ABŞ bacardı. Onlar İranın nüvə obyektlərini hədəfə alaraq qlobal təhlükəsizliyin qorunmasında mühüm addım atdılar. ABŞ bu gecə tarix yazdı” – deyə Netanyahu bəyan edib.

O əlavə edib: “Prezident Tramp və mən tez-tez deyirik: ‘Sülh güclə gəlir’. Əvvəl güc gəlir, sonra sülh. Bu gecə Tramp və Birləşmiş Ştatlar böyük güclə hərəkət etdilər”.

Musavat.com

Избранный
12
40
musavat.com

10Источники