RU

Azərbaycan Premyer Liqasında yenilik: Bundan sonra...

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında hər oyun günündə iki qarşılaşma keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə teleqraf-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov məlumat verib.

Onun sözlərinə görə, oyun bölgüsü çempionatın püşkü atıldıqdan sonra dəqiqləşəcək: "Biz oyunları 3 günə böləcəyik. Səbəbi yayım və VAR sistemidir. Hər gün 2 oyunu canlı verməyi planlaşdırırıq".

Səmədovun fikrincə, hazırkı VAR maşınlarının sayı oyunlar üçün yetərlidir: "Məncə, bu suala cavab verməyim doğru olmazdı. Çünki PFL-ə aid məsələ deyil. Rəsmi cavab yox, sadəcə, şəxsi fikrimi deyə bilərəm. Düşünürəm ki, hazırda olanlar yetərlidir".

PFL prezidenti "Araz-Naxçıvan"ın rəqiblərini Naxçıvanda qəbul edə bilməməsi VAR maşınlarının logistikası ilə əlaqədar deyil:

"Bu, ehtimal üzərində qurulan bir məsələdir. Hazırda "Araz-Naxçıvan"ın Naxçıvanda oynamamasının səbəbi oradakı stadionun Premyer Liqa şərtlərinə cavab verməməsidir.

Stadion şərtlərə cavab verdikdən sonra hansısa problemlər - VAR məsələsi və ya yayım məsələsi ortaya çıxarsa, onda bununla bağlı suallara cavab vermək daha düzgün olar.

İndiki halda "Araz-Naxçıvan"ın Naxçıvanda oynamamasının yeganə səbəbi stadionun tələblərə cavab verməməsidir".

Избранный
7
sportinfo.az

1Источники