RU

“Heç kim mənə gəlib deməyib ki, klubdan getməliyəm, qalmaq istəyirəm”

“Bayern”in hücumçusu Kinqsli Koman mümkün klub dəyişməsi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu Münhen təmsilçisində qalmaq istədiyini vurğulayıb:

“Heç kim mənə gəlib deməyib ki, klubdan getməliyəm. Mən burada qalmaq istəyirəm.

Baş məşqçi Vensan Kompani) daim mənə ehtiyacı olduğunu deyib. Hələ iki il daha müqaviləm var, amma futbolda heç vaxt yüz faiz əmin olmaq olmur”.

Koman 2017-ci ildən “Bayern”in formasını geyinir. O, 2024/25 mövsümündə bütün turnirlərdə 43 oyuna çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun münhenlilərlə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Избранный
13
sportinfo.az

1Источники