RU

Prezident dəyişikliyin səbəbini AÇIQLADI: “Bu ideya mənim tərəfindən irəli sürüldü”

II Liqada mübarizə aparan "Hypers Guba"nın adında dəyişiklik edilib.
Komanda indən belə "Quba" adlandırılacaq.
Şimal təmsilçisi bununla bağlı açıqlama yayıb: "Bir ad, bir dövr başa çatdı… Yeni bir nəfəs başlayır.
Uzaqlardan gələn bir səda var. Qubanın dağlarından, çaylarından, dumanlı səhərlərindən doğan bir çağırış…
Bu çağırışa səs verdik. Komandamız bu gündən etibarən "Hypers Guba" adını rəsmi olaraq "Quba PFK" ilə əvəz edir. Bu rebrendinq, yeni başlanğıcın xəbərçisidir.
“Hypers Guba” adı isə bizim üçün bir tarixdir, bir ruhdur, bir xatirədir. O adla qazanılan hər zəfər, yaşanan hər acı, atılan hər addım bizimlə qalacaq, sükutla yaşayan bir əfsanə kimi…
Amma indi "Quba PFK" adı ilə Qubanın adını daha da yüksəklərə daşımaq zamanıdır.
İrəlidə bizi hələ yazılmamış hekayələr, yenilməmiş rəqiblər və qazanılmamış çempionluq gözləyir.
Quba Peşəkar Futbol Klubu (Quba PFK) – səssiz dağların, güclü ruhun komandası kimi yeni tarixlər yazmaq ümidi ilə".
II Liqada mövsümü dördüncü pillədə başa vuran və I Liqaya vəsiqə uğrunda pley-off oyununda "Difai"yə 1:3 hesabıyla uduzan klubun son addımı maraqla qarşılanıb. Prezident Ayaz Abdullayev bu haqda Sportinfo.az-a açıqlama verib:
"Əslində, buad dəyişikliyi biz sıradan bir dəyişim deyil, Qubanın ruhuna, tarixə və gələcəyə atılmış qürurlu bir addımdır. “Hypers Guba” adı bizim üçün dəyərli xatirə olaraq qalacaq, amma artıq daha geniş miqyasda, daha ciddi hədəflərlə irəliləyirik. “Quba PFK” həm şəhərimizin adını daşıyır, həm də peşəkar arenada daha güclü, daha ciddiyə alınan bir sima yaratmaq üçün seçildi. Bu ideya mənim tərəfindən irəli sürüldü, lakin hər addımda azarkeşlərimizin və yerli ictimaiyyətin fikri nəzərə alındı. Bu dəyişiklik Qubanın adına layiq uğurların başlanğıcı olacaq".

Избранный
18
sportinfo.az

1Источники