RU

“Görünməz incəsənət”i görünən qiymətə satdılar - 17 min manatlıq əsər

2011-ci ildə Hollivud aktyoru Ceyms Franko və bir qrup yaradıcı insan “The Museum of Non-Visible Art” (“Görünməz İncəsənət Muzeyi”) adlı konseptual sənət layihəsini təqdim etdi.

Valyuta.az xəbər verir ki, layihənin əsas məqsədi fiziki obyekt olmadan, sadəcə ideya və sənədlərlə incəsənət təqdim etmək idi.

Bu qeyri-adi təşəbbüs o dövrdə ciddi ictimai rezonans doğurdu və sənət bazarında maraqlı bir iqtisadi hadisəyə çevrildi.

Layihənin ən məşhur əsərlərindən biri “Fresh Air” (“Təmiz hava”) adlanırdı. Bu “əsəri” satın alan Aimee Davison adlı kanadalı rəqəmsal marketoloq və aktrisa ona görə 10.000 ABŞ dolları (təxminən 17.000 manat) ödəyib. Maraqlıdır ki, alıcıya yalnız bir təsvir kartı və əsərin ideyasını sübut edən sənəd təqdim olunub - real, toxunula bilən heç nə yox idi. Bu satışdan sonra layihə ümumilikdə təxminən 11.900 dollar (20.230 manat) gəlir əldə edib.

Mayya Hüseynova

Избранный
14
valyuta.az

1Источники