RU

10 illik xəyanət planlarının üstü açıldı ŞƏRH

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Bako Saakyan və digər separatçılar “şakal” imici ilə məhv olurlar

“Vaxtilə Qorbaçov-Yeltsin şovinist cütlüyünün dəstəyi ilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində yaradılmış qondarma, separatçı qurumun “rəhbəri” olmuş Bako Saakyan Bakı Hərbi Məhkəməsində keçirilən növbəti iclasda özünüifşa ilə məşğul idi”. Bu sözləri “Sherg.az”a açıqlamasında siyasb şərhçi Bəybala Mirzəyev deyib. 

Onun sözlərinə görə, məhkəmənin gedişində, təqsirləndirilən şəxs B.Saakyanın 2015-ci ildə səsləndirdiyi və Ermənistan mətbuatında dərc edilmiş fikirləri oxunub: “Bəlli oldu ki, 10 il bundan öncə həmin açıqlamasında B.Saakyan bunları deyib: “Biz sonda Ermənistanla birləşməyə can atırıq. Biz bu böyük istəklə yaşayırıq, lakin vaxt hələ çatmayıb”. Bako Saakyan  məhkəmədə prokurorun sualını cavablandırarkən vaxtilə həqiqətən də bu ifadələri işlətdiyini təsdiqlədi: 

“Mən onu bildirmişəm ki, vaxt gələcək daha əlverişli şərait olanda biz bu biri məqsədimizi (Azərbaycanın vaxtilə işğalda olan ərazilərinin Ermənistana birləşdirilməsi ideyasını nəzərdə tutur – red.) də həyata keçirəcəyik”.

Lakin Saakyanın və onun kimi digər murdar terrorçuların, separatçıların gözlədikləri həmin "gələcək" gəlmədi. Əvəzində isə haqq-ədalət gəldi. İlahi və tarixi ədalət bərpa olundu. Azərbaycan əvvəlcə 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü, daha sonra isə 23 saatlıq antiterror əməliyyatının sayəsində isə tam suverenliyini bərpa etdi, separatçılığın kökünü qazıdı, separatçıları isə Bakıdakı məlum türmənin sakinlərinə çevirdi”. 

B.Mirzəyev qeyd edib ki, "şakal" imicinə malik Bako indi sınmış "qürur"u ilə 10 il əvvəlki sayıqlamalarının, xülyalarının puça çıxdığını bir-bir etiraf edir: 

“"Azərbaycanın Nürnberqi" adını alan tarixi məhkəmə isə hələ davam edir...”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
sherg.az

1Источники