RU

Ərdoğan İsrailin İrana hücumunu “quldurluq” adlandırdı:“MƏQSƏD BUDUR Kİ...”

“İsrailin İrana hücumlarını ən kəskin şəkildə qınayıram”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən sammitindəki çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Türkiyə Prezidenti İsrailin İrana hücumlarını “quldurluq” adlandırıb: “İsrailin İrana hücumlarını ən sərt şəkildə qınayıram. İran xalqının bunun öhdəsindən gələcəyinə heç bir şübhəmiz yoxdur. İranın özünümüdafiə çərçivəsində İsrailin dövlət terroru qarşısında öz xalqını müdafiə etmək üçün gördüyü tədbirlər tamamilə təbii, qanuni və legitimdir. İsrailin Qəzzada, Livanda, Yəməndə, Suriyada və nəhayət İranda həyata keçirdiyi hücumlar quldurluq kimi qiymətləndirilir və səciyyələndirilir.

 

Hücumun nüvə məsələsi ilə bağlı müzakirələrin getdiyi dönəmdə (ABŞ və İran arasında)  baş verməsi təsadüfi deyil”.

 

R.T.Ərdoğan hesab edir ki, İsrail bu hücumlarla müzakirələr və İran ilə ABŞ arasında mümkün razılaşmanın önünü almağı qarşısına məqsəd qoyub.

 

Türkiyə lideri vurğulayıb ki, ölkəsi regional problemlərin həlli ilə bağlı üzərinə düşəni etməyə hazırdır.

Избранный
19
senzor.az

1Источники