İran, iki ölkə arasında münaqişənin kəskinləşəcəyi təqdirdə, İsrailin Dimona şəhərindəki nüvə tədqiqat mərkəzinə hücum etməyi düşünür.
“{lk'/az” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı yüksəkrütbəli İran rəsmisinə istinadən məlumat yayıb.
“Münaqişə yeni səviyyəyə qalxarsa, Dimonadakı nüvə reaktoru bizim qanuni hədəfimizə çevrilə bilər”, – o qeyd edib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Ardınca İran adekvat cavab tədbirləri görüb.