RU

Paşinyan Ərdoğanı Ermənistana dəvət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvana səfərə dəvət edib.

 

Bu barədə N.Paşinyan iyunun 20-də İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Türkiyədəki erməni icması ilə görüşündə deyib.

 

“Türkiyə ilə münasibətlərin normallaşması zamanın tələbidir və bizdən ardıcıl olmağı, fəal işi davam etdirməyi, fəal dialoq aparmağı, bir-birimizi dinləməyi və öz mövqelərimizi ən əlçatan formada təqdim etməyə çalışmağı tələb edir. Əminəm ki, bu əməkdaşlığın nəticələri olacaq. Təkcə bu məntiqlə deyil, əvvəlki təcrübəmizdən müəyyən nəticələr çıxarmalıyıq. Bu səfərdən də böyük gözləntilərə malik olmamalıyıq”, - o qeyd edib.

 

Paşinyan Türkiyə Prezidentinə ölkəsinə dəvətə görə təşəkkür edib: “Mən də onu Avropa Siyasi Birliyinin gələn ilin yazında İrəvanda keçiriləcək sammitində iştirak etmək üçün Ermənistana dəvət edirəm. Ümid edirəm ki, növbəti görüşümüz gələn il Ermənistanda baş tutacaq”.

 

Baş nazir hazırda İstanbuldan İrəvana aviareysin olduğunu xatırladaraq, quru sərhədinin də açılacağına əminliyini ifadə edib.(Teleqraf)

Избранный
9
5
senzor.az

6Источники