RU

Mahir Emrelinin yeni klubu müəyyənləşdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyanın “Kayzerslautern” klubunda davam etdirəcək.

Viral.az xəbər verir ki, bu barədə “Sky Sport”un jurnalisti Florian Plettenberq “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, 28 yaşlı hücumçunun transferi, demək olar ki, tamamlanıb. Təcrübəli forvard yaxın günlərdə tibbi müayinədən keçəcək. Daha sonra isə 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atacaq.

Son Yazılar:

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib.

Избранный
17
12
viral.az

10Источники