RU

“Bu uğuru sona qədər aparmaq istəyirik”

Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının yarımfinal mərhələsində "Loru" FK, prinsipial rəqib "Böyük Qarakilsə"ni 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib. Qarşılaşma yüksək temp və gərgin mübarizə ilə yadda qalıb.

Oyun sonrası 90deqiqe.Az-a açıqlama verən Loru FK-nun qurucu üzvü Vüqar Hacıyev, bu qələbənin asan başa gəlmədiyini bildirib:

“Böyük Qarakilsə" bu turnirin ən çətin rəqiblərindən biri idi. Oyunun sonuna qədər təzyiq davam etdi. Futbolçularımız əzmkarlıq və inam göstərərək bu mərhələni keçməyi bacardılar.”

Digər qurucu üzv Elman Məmmədov isə komandanın əsas hədəfinin bölgəni layiqincə təmsil etmək olduğunu vurğulayıb:

“Bu turnirdə məqsədimiz təkcə qalib gəlmək deyil, həm də Qərbi Azərbaycanı və doğma Loru mahalını yüksək səviyyədə təmsil etməkdir. İndi diqqətimiz finaldadır. Komandamız bu uğuru sona qədər aparmağa hazırdır.”

Beləliklə, Loru FK finalda Amasiya FK ilə qarşılaşacaq. Görüş 25 iyun, saat 19:00-da, Bakı Tennis Akademiyasında keçiriləcək.

Избранный
35
90deqiqe.az

1Источники