RU

İran İsrailin nüvə obyektinə zərbə endirə bilər - KİV

İki ölkə arasında münaqişənin gərginləşəcəyi təqdirdə İran İsrailin Dimona şəhərindəki nüvə tədqiqat mərkəzinə zərbə endirmək imkanını nəzərdən keçirir.

Bu haqda Qətərin “əl-Cəzira” telekanalı yüksək vəzifəli iranlı məmura istinadən məlumat yayıb.

"Münaqişə yeni səviyyəyə keçərsə, Dimonadakı nüvə reaktoru bizim qanuni hədəfimizə çevrilə bilər", - adı açıqlamayan mənbə bildirib.

Mənbə həmçinin bildirib ki, İsrail tərəfi İranın zərbələrinin ölkəyə ciddi ziyan vurduğunu gizlədir. \\Redaktor.az

Избранный
26
9
hurriyyet.az

10Источники