RU

Tehran nüvə proqramı üzrə dialoqa hazırdır - Pezeşkian » AzadMedia.az


İran prezidenti fransalı həmkarı ilə telefon danışığında bildirib ki, İran İslam Respublikası nüvə proqramının dinc xarakter daşıdığını təsdiq edə biləcək danışıqlara hazırdır.
İran rəhbərliyi əməkdaşlığa hazırdır və bu çərçivədə onun nüvə proqramı ilə bağlı niyyətlərinin tamamilə sülhməramlı olduğunu təsdiqləyə bilər, - ölkə prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib.

Eyni zamanda, o qeyd edib ki, Tehran heç bir halda nüvə proqramından tamamilə imtina etməyəcək.

Bundan əlavə, İran prezidenti əlavə edib ki, İslam Respublikasının İsrailin hərbi əməliyyatına cavabı daha da geniş və qəti olacaq.

Pezeşkian İranın istənilən dialoqun tərəfdarı olduğuna və istənilən danışıqları alqışlamasına diqqət çəkib, ancaq onun qanuni hüquqlarına riayət etmək şərti ilə.
Избранный
13
1
azadmedia.az

2Источники