RU

Axund tərəfindən qaçırıldığı iddia edilən 16 yaşlı qız: Toy edəcəyik

ain.az, Oxu.az saytına istinadən bildirir.

Abşeron rayonu, Aşağı Güzdək qəsəbə məscidinin axundu qız qaçırıb.

İddialara görə, həmin məscidin axundu Turab Tahirov "Quran" dərsi almağa gələn 16 yaşlı qızı qaçırıb. Onun yeniyetməni Göyçay rayonunun Qaraməryəm kəndinə apardığı bildirilir.

"Həmin adam tutulmalıdır. Məsciddə qızı yoldan çıxarıbsa, başqa şeylər də edə bilər. Ayıbdır, atası ilə yaşıddır, götürüb 16 yaşlı qızı aparıb. Bu, bizim millətə yaraşan hərəkət deyil", - qaçırılan qızın qohumu söyləyib.

Qaçırıldığı iddia olunan qız sosial media hesabında paylaşım edərək bildirib ki, öz razılığı ilə, heç bir zorakılıq göstərilmədən ailə qurmaq məqsədilə Turab Tahirovla birlikdə gedib.

Yeniyetmənin atası Emin Babayev isə mediaya açıqlamasında qızının dini təhsil almaq üçün məscidə getdiyini və ali təhsil almaq arzusunda olduğunu bildirib. Onun sözlərinə görə, 37 yaşlı Turab Tahirov qızını zorla qaçırıb. Qızı sosial şəbəkə vasitəsilə Göyçayda olduğunu, ona toy edəcəklərini bildirib. Emin Babayev baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

Axund tərəfindən qaçırıldığı iddia edilən 16 yaşlı qız: "Toy edəcəyik"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
1
oxu.az

2Источники