RU

Turizm ekspresi fəaliyyətə başlayıb

Türkiyədə yeni turizm marşrutu - “Karaelmas Ekspres”i fəaliyyətə başlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Bildirilib ki, Ankara-Zonquldak marşrutu üzrə hərəkət edən ekspres qatar ilk səfərini iyunun 13-də saat 21:25-də edib.

Nazir qeyd edib ki, “Karaelmas Ekspres”i ilə sərnişinlər Türkiyənin Qərbi Qara dəniz bölgəsinin mədəni və təbii irsini yenidən kəşf etmək imkanı əldə edəcəklər.

Ümumilikdə 120 nəfərlik tutuma malik qatar noyabrın 15-dək qarşılıqlı 8 səfər edəcək.

Избранный
18
4
avtosfer.az

5Источники