RU

İsveçrə millisinin üzvü “Beşiktaş”ın radarında

ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ciro İmmobile ilə yollarını ayırmağı planlaşdıran "Beşiktaş" heyətinə yeni hücumçu transfer etmək niyyətindədir.

Apasport.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Monako"da çıxış edən Bril Embolodur.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Beşiktaş"ın baş məşqçisi Ule Qunnar Sulşer isveçrəli forvardı komandasında görmək istəyir.

"Qara qartallar" 28 yaşlı futbolçu üçün Fransa klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Monako" Bril Embolonu 2022-ci ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib.

İsveçrə millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

"İnter"in yeni transfer hədəfi: Markus Reşford

“Fənərbaxça”dan Con Duran üçün 16 milyonluq icarə planı

"Barsa"nın ulduzu uğrunda yarış

Benfikada qalmaqal: Məşqçi və Orkun Kökçü arasında gərginlik

İlkay Gündoğan addım-addım "Qalatasaray"a

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
apasport.az

2Источники