RU

İran Aİ-nin nüvə dosyesi ilə bağlı təkliflərinə gələn həftə cavab verəcək

BAKI, 21 iyun. TELEQRAF

“Avropa üçlüyü”nün (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri və Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallasın Cenevrədə keçirilən danışıqlarda Tehranın nüvə proqramı ilə bağlı irəli sürdüyü təkliflər real deyil, lakin buna baxmayaraq, İran gələn həftə onlara rəsmi cavab verəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, adının açıqlanmasını istəməyən yüksək səviyyəli İran rəsmisi Reuters agentliyinə bildirib ki, avropalılar öz təkliflərində israr etməkdə davam edərlərsə, bu, tərəfləri saziş bağlamağa yaxınlaşdırmayacaq. Rəsmi həmçinin bildirib ki, İranı uranın zənginləşdirilməsindən imtina etməyə məcbur etmək səyləri heç bir nəticə verməyəcək və Tehran raket proqramı da daxil olmaqla, müdafiə qabiliyyətinə dair danışıqlar aparmayacaq.

Qeyd edək ki, iyunun 20-də Cenevrədə keçirilən danışıqlardan sonra Avropa İttifaqının xarici işlər naziri KaYa Kallas bildirib ki, İran və Aİ3 nüvə məsələsindən daha çox müzakirə aparıb və danışıqları davam etdirmək barədə razılığa gəliblər. Eyni zamanda Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Tehran və Vaşinqtonu İranın nüvə proqramı ilə bağlı məsələlərin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirməyə çağırıb.

Избранный
10
50
teleqraf.com

10Источники