Rusiyanın Xalq artisti Valentina Talızina 90 yaşında vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Mossovet adına Dövlət Akademik Teatrı "Telegram" kanalında məlumat verib.
"Mossovet Teatrı dərin hüznlə elan edir ki, bu gün, 2025-ci il iyunun 21-də Rusiyanın Xalq artisti Valentina İllarionovna Talızina vəfat edib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, aktrisa daha çox "Taleyin ironiyası və ya həmişə təmizlikdə!", "Afonya" filmlərində və "Böyük dəyişiklik" serialındakı rolları ilə tanınıb.