RU

Türkiyə ilə UNRWA arasında nümayəndəlik müqaviləsi imzalanacaq



Xarici işlər naziri Hakan Fidan və UNRWA-nın komissarı Filip Lazzarini İƏT Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçiriləcək sessiyası çərçivəsində Türkiyə ilə UNRWA arasında Ankarada Nümayəndəliyin yaradılmasına dair saziş imzalayacaqlar.

Newscenter.az xəbər verir ki, bu barədə trthaber məlumat yayıb. Bildirilib ki, müqavilə UNRWA-nın Türkiyədə Nümayəndəliyinin açılmasına yol açacaq.

Qeyd edək ki, Türkiyə UNRWA-ya verdiyi prinsipial dəstək çərçivəsində UNRWA-nın fələstinli qaçqınların əsas ehtiyaclarının, xüsusilə də təhsil və səhiyyənin təmin edilməsində danılmaz roluna istinad edərək, UNRWA-ya könüllü maliyyə töhfələri verir və Agentliyə ikitərəfli və çoxtərəfli platformalarda dəstək verməyə çağırır.

Bu kontekstdə Türkiyə müxtəlif vaxtlarda İsrail parlamentinin 28 oktyabr 2024-cü ildə UNRWA-nın işğal olunmuş Fələstin ərazilərindəki fəaliyyətinə son qoymaq üçün qəbul etdiyi qətnamənin beynəlxalq hüququ açıq şəkildə pozduğunu bəyan edir.

Süleyman
Избранный
15
newscenter.az

1Источники