Bakı, 21 iyun, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qlobal Dayanıqlı İnkişaf Konqresində iştirakı çərçivəsində İstanbul Texniki Universitetinin rektoru professor Hasan Mandal ilə görüşüb.
Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib. Görüşdə BANM ilə İstanbul Texniki Universiteti arasında əlaqələrin inkişafı, tərəfdaşlıq və elmi-akademik əməkdaşlıq imkanları müzakirə olunub.