RU

Çin və Koreyadan olan turistlər Azərbaycanda ən çox bu otelə gəlir

2025-ci ilin beş ayında Qaxda yerləşən "El Restort" otelinə 4400 nəfərdən çox turist gəlib. Bu barədə otelin rəhbəri Orxan Həsənov anews.az-a açıqlamasında deyib. 

"Qax turist zonası olaraq daha çox xarici turistləri cəlb edir. Son beş ayda otelə gələn xarici turistlər arasında Çin və Koreyalı turistlər üstünlük təşkil edir. Yerli turistlər xarici turislərə nisbətən azdır",- otel rəhbəri bildirib. 

"El Restort" otelində mövsümə uyğun olaraq qiymətlər 150-250 manat arasında dəyişir. 

Otel rəhbəri bildirib ki, otelin təxmini xərcləri aylıq 140 min manat təşkil edir. 

"Otelçilik mövsümə bağlı xidmətdir. İdarəetmədə elə etmək lazımdır ki, il boyu olan bütün xərcləri və gəlirləri doğru istiqamətləndirə biləsən. Bu sahədə maraq daha çox bayramlarda və yay tətilində müştəriləri daha çox cəlb etmək olar", - Həsənov vurğulayıb. 

Otelin hazırda heç bir ulduz göstəricisi yoxdur. Burada müasir infrastruktur, geniş idman‑ və əyləncə imkanları təklif olunur.

Booking.com-a görə, otel “8.1/10” qiymətləndirilmiş, “heyət çox qonaqpərvər”, otaqlar “geniş və dağ mənzərəli” kimi high‑light olunur .

Qonaqlar xüsusi olaraq gözəl səhər yeməyi, təmizlik və dağ sakitliyini vurğulayırlar.

 

 

Избранный
2
2
anews.az

10Источники