RU

Paşinyan Türkiyədə Ərdoğanla görüşüb - (Yenilənib) - Foto

Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə işgüzar səfərə gələcək.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Fəxrəddin Altun məlumat yayıb.

F. Altun sosial media hesabında bildirib ki, Nikol Paşinyanı prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda qəbul edəcək.

***

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə yazıb.

"Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib. İstanbul beynəlxalq hava limanında baş naziri Türkiyənin Xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb", - o qeyd edib.



O əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan baş naziri ilə görüşü iyunun 20-si axşam saatlarında baş tutacaq.

N. Paşinyan İstanbulda həmçinin yerli erməni icmasının nümayəndələri ilə görüşəcək.

Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici işlər naziri Ararat Mirzoyan, XİN başçısının müavini Vahan Kostanyan, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan var.

***

Bu gün Türkiyəyə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan İstanbulda Ərdoğanla görüşüb.

Reyting.az
xəbər verir ki, Dolmabağça sarayında baş tutan görüşdə ikitərəfli və bölgəsəl məsələlər müzakirə olunub.

E. KAMAL
Избранный
2
4
reyting.az

9Источники