RU

2025-ci ilin ən aşağı büdcəli hava yolları - SİYAHI

2025-ci il üçün dünyanın ən yaxşı aşağıbüdcəli hava yolları elan olunub. 

Valyuta.az xəbər verir ki, qiymət uyğunluğu ilə yanaşı xidmət keyfiyyəti, uçuş təhlükəsizliyi və sərnişin rəylərinə əsaslanan bu reytinqdə Asiya və Avropadan olan şirkətlər üstünlük təşkil edib.

Beləliklə, liderlik bu il də Asiyanın olub. Siyahıya ilk olaraq Malayziyada fəaliyyət göstərən "AirAsia" daxil edilib. Şirkət illərdir endirim kampaniyaları və geniş uçuş şəbəkəsi ilə tanınır.

Növbəti yeri Sinqapurun "Scoot" hava yolu tutur. Uzunməsafəli uçuşlarda münasib qiymət və xidmət balansını qorumaqla seçilir.

Hindistanın "IndiGo" hava yolu da siyahıda yer alıb. Son illərdə təkcə Hindistan daxilində deyil, beynəlxalq marşrutlarda da ucuz və etibarlı uçuş alternativinə çevrilib.

Avropada isə ilk diqqətçəkən ad Almaniyanın "Eurowings" şirkətidir. Lufthansa Group-a daxil olan bu hava yolu sərfəli qiymətlə yanaşı Avropadaxili tez-tez uçuşlar üçün əlverişli şərtlər təklif edir.

İspaniya bu sahədə daha geniş təmsil olunub. Ölkənin "Vueling", "Volotea" və "Iberia Express" hava yolları müvafiq olaraq Avropadaxili səyahət və regionlararası əlaqə imkanları ilə fərqləniblər.

Hollandiya mənşəli "Transavia" isə Air France-KLM qrupu çərçivəsində fəaliyyət göstərir və sərnişinlərə çevik və sərfəli seçimlər təqdim edir.

Orta Şərqdən siyahıya daxil olan yeganə ad Səudiyyə Ərəbistanının "Flynas" hava yoludur. Əsasən Yaxın Şərq və Cənubi Asiya istiqamətlərində fəaliyyəti ilə seçilib.

İngiltərədən isə "easyJet" siyahını tamamlayır. Şirkət uzun illərdir ki, Avropada tələbələrin və aşağı büdcəli səyahətçilərin əsas seçimidir.

Dünyanın ən ucuz hava yolları - 2025

1. "AirAsia"

2. "Scoot"

3. "İndiqo"

4. "Eurowings"

5. "Vueling Hava Yolları"

6. "Volotea"

7. "Transavia"

8. "Iberia Express"

9. "Flynas"

10. "easyJet"

Sərvanə Rəmixanova

Избранный
9
valyuta.az

1Источники