“Telegram”-ın qurucusu Pavel Durov təqribən 17 milyard funt sterlinq dəyərində olan sərvətini 106 övladına vəsiyyət edəcək.
Publika.az xəbər verir ki, Durov bu barədə Fransanın “Le Point” qəzetinə danışıb.
“Təbii və ya donor yolu ilə dünyaya gəlməsindən asılı olmayaraq hamısı mənim övladımdır və bərabər hüquqlara sahibdirlər. Lakin onlar 30 yaşlarına qədər heç bir maddi pay almayacaqlar. Əvvəlcə, öz ayaqları üzərində dayanmağı, bank hesabına bağlı qalmadan yaşamağı öyrənməlidirlər”, - o söyləyib.
Qeyd edək ki, 40 yaşlı milyarder iş adamının 3 fərqli qadından 6 övladı var. Bununla yanaşı, o, 12 ölkədə onlarla ailəyə sperm donorluğu edərək daha 100-ə yaxın uşağın da bioloji atasıdır.