RU

Bəşər Əsədin əmisi oğlu SAXLANILDI

Ajans.az xəbər verir ki, bu barədə “TASS” Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Departament bildirib ki, Əsəd Suriyanın keçmiş hökumət rəsmiləri ilə bağlı cinayətlərdə iştirak edib və ölkənin ən məşhur narkotik alverçilərindən biri kimi tanınıb. Əsədin ələ keçirilməsində Suriya kəşfiyyatçıları da iştirak edib. Daha əvvəl bildirilmişdi ki, vəzifəsindən istefa verən Bəşər Əsəd Rusiya qüvvələri ilə koordinasiya üçün Dəməşqi tərk etdiyini və ilkin olaraq ölkəni tərk etməyi planlaşdırmadığını etiraf edib. Əsədin sözlərinə görə, Xmeymimdəki Rusiya bazasına çatdıqdan sonra Suriya ordusunun qaçması barədə ona məlumat verilib. Qeyd edək ki, 8 dekabr 2024-cü ildə Bəşər Əsəd istefa verib və Suriyanı tərk edib. Bu, silahlı müxalifət və “Həyat Təhrir əl-Şam” yaraqlılarının Dəməşqə daxil olub prezident sarayını zəbt etməsindən sonra baş verib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Избранный
17
Ajans.az

1Источники