RU

Bu ailələrə iki otaqlı evlər tikiləcək

Fövqəladə Hallar Nazirliyi (FHN) Aran zonasında 3 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisinə başlayır.

NOCOMMENT.az xəbər verir ki, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı hazırlıqlara start verib.

Belə ki, FHN-in sifarişi ilə 3 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikintisi aparılacaq.

Hazırda nazirlik tikinti işlərinin icrasını həyata keçirəcək şirkət axtarışındadır.

FHN sözügedən evlərin tikintisinə 196 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, bu işlərlə bağlı sifarişçi funksiyasının yerinə yetirilməsi Agentliyin vəzifələrindən biridir.

©İqtisadiyyat.az

Избранный
2
10
nocomment.az

10Источники