RU

Mirzoyan və Kallas Bakı ilə münasibətləri müzakirə etdilər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Həmsöhbətlər regiondakı, o cümlədən İrandakı vəziyyəti müzakirə ediblər. Regional sabitliyin təmin edilməsinə yönəlmiş səylər barədə fikir mübadiləsi aparılıb. Humanitar məsələlər kontekstində üçüncü ölkə vətəndaşlarının Ermənistan Respublikası ərazisindən keçməklə İrandan təxliyyə edilməsinin mümkünlüyü və qeydə alınan göstəricilərə toxunulub.

Xarici işlər naziri və Avropa İttifaqının ümumi xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində son müzakirələrə də toxunublar. 

Ağarza Elçinoğlu

Избранный
9
unikal.az

1Источники