RU

Bu şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün iyunun 30-da imtahan keçirəcək.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər  “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Избранный
7
1
azedu.az

2Источники