Hazırda regionun yeni bir müharibəyə dözümü yoxdur.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında bildirib.
Onun sözlərinə görə, Türkiyə regionda qarşıdurmaların yaşanmaması üçün səylər göstərir: "Biz müsbət nəticə əldə olunanadək bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.