RU

Putin İranın tərəfini tutdu: İsraili dəfələrlə xəbərdar etmişəm

"Əgər İsrailin İran və onun nüvə proqramı ilə bağlı hər hansı narahatlığı varsa, onları həll etmək lazımdır, çünki bunun üçün bütün lazımi imkanlar var".

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Sky News Arabia" telekanalına müsahibəsində deyib.

"İsrail rəhbərliyinin hər hansı narahatlığı varsa, o zaman onları həll etmək lazımdır. Fikrimcə, bunun üçün lazımi formalar və imkanlar mövcuddur", - Rusiya lideri qeyd edib.

Putin həmçinin bildirib ki, Rusiya İranın öz nüvə silahını yaratmaq niyyətinə dair sübutlar barədə İsraili dəfələrlə xəbərdar edib. Onun sözlərinə görə, İslam Respublikası dinc məqsədlər üçün nüvə texnologiyasını inkişaf etdirmək hüququna malikdir.

Избранный
13
publika.az

1Источники