RU

Diplomatik korpus nümayəndələri Şuşa şəhəri ilə tanış olublar

Şuşaya səfər edən diplomatik korpus nümayəndələri şəhərlə tanış olublar...

APA xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şəhərin tarixi, işğal dövründəki vəziyyəti və işğaldan azad olunandan sonra Şuşada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şəhər işğaldan azad edildikdən sonra burada bərpa-quruculuq işlərinə başlanılıb.

Diplomatik korpusun nümayəndələri Şuşa ilə tanışlığı çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin Ev-muzeyində olublar.

Nümayəndə heyəti sonra “Şirin su” hamamına baxış keçirib.

Şəhərin Merdinli məhəlləsinə gələn qonaqlara məlumat verilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı həm də məhəllələri ilə tanınıb. Qədim Şuşada 17 məhəllə olub. XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış Merdinli məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə tanış olublar.

Qonaqlar Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev muzeyində də olublar.

Səfər çərçivəsində Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanışlıq olub.

Xarici diplomatlar daha sonra Mehmandarovların malikanə kompleksinə gəliblər. Bildirilib ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işləri həyata keçirilib.

Sonda Cıdır düzünə gələn diplomatik korpus nümayəndələri buradan Şuşanı seyr ediblər.

Poliqon.info

Избранный
3
12
poliqon.info

10Источники