RU

Donald Tramp senator Lindsi Qrem və keçmiş dövlət katibi Mayk Pompeoya “dillərinə sahib çıxmağı” məsləhət gördü

ABŞ prezidenti Donald Tramp Ukraynada müharibənin davam etdirilməsinə təşviq edən insanlara bəyanatlarında diqqətli olmağı tövsiyə edib.

O, bu barədə iyunun 20-də ABC News tərəfindən yayımlanan brifinqdə bildirib. Ağ Ev rəhbəri jurnalistin ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem və ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun ukraynalıları müharibəni davam etdirməyə təhrik etdikləri barədə sualına belə cavab verib: “İnsanlar dediklərinə çox diqqətli olmalıdırlar. Ağızlarına çox diqqətli olmalıdırlar. Çünki bu ağız onlara çoxlu problemlər yarada bilər”, – deyə Tramp cavab verib.

Qeyd edək ki, Qrem ABŞ-ın Rusiyaya qarşı sərt sanksiyalar siyasətinin təşəbbüskarlarından biridir. O, xüsusilə, Rusiyadan neft, neft məhsulları, təbii qaz və ya uran alan ölkələrdən idxala 500 faiz rüsum tətbiq etməyi təklif edib. Pompeo isə qeyd edib ki, ABŞ 2014 və 2022-ci illərdə Rusiya ilə müharibəni dayandırmaq üçün kifayət qədər iş görməyib.

//Samir Qurbanov, Editor.az

Избранный
8
editor.az

1Источники