ABŞ prezidenti Donald Tramp hesab edir ki, onun üçün İsraili İrana hücumu dayandırmağa inandırmaq çox çətin olacaq.
O, bu barədə iyunun 20-də “Fox News”a brifinq zamanı bildirib: “İsrail hərbi sahədə uğurludur. Düşünürəm ki, İran o qədər də uğurlu deyil. Kimisə dayandırmaq çətin olacaq”, – Tramp bildirib.
Tramp İsrail və İran arasındakı münaqişənin diplomatik yolla həllini axtarmasına baxmayaraq, uğur qazanan birinin qarşısını almağın çətin olduğuna inanır: “Kimsə qalib gəlirsə, bu tələbi irəli sürmək [İsraildən İrana hava hücumlarını dayandırmasını tələb etmək] çox çətindir. Bunu etmək, kiminsə uduzmasından bir az çətindir. Amma biz hazırıq, buna hazırıq, bacarırıq və İranla danışırıq. Nə olacağını görəcəyik”, – o əlavə edib.
//Samir Qurbanov, Editor.az