İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) ölkənin şimalındakı Ramat Maqşimim şəhəri yaxınlığında İrana məxsus pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.
İsrail mətbuatının məlumatına görə, bu gün səhər saatlarından etibarən İranın PUA və raketlərlə kütləvi hücumlara başlayıb.
Bildirilir ki, “Tseva adom” (“Qırmızı rəng” – İsrailin hava hücumundan xəbərdarlıq sistemi) sistemi ölkənin müxtəlif şəhərlərində bir neçə dəfə aktivləşdirilib.
Lakin pilotsuz uçuş aparatlarından biri hədəfinə çatıb, Beyt Şeandakı yaşayış binasını vuraraq yanğına səbəb olub. Hadisə nəticəsində ölən və xəsarət alanlar haqqında məlumat verilməyib.