İngiltərənin “Nottingem Forest” klubunda baş məşqçi Nuno Espirito Santo ilə müqavilə uzadılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.
“Nottingem Forest” Premyer Liqada başa çatan mövsümü 65 xalla 7-ci sırada bitirib.