RU

Şirvanda və Bərdədə narkotik vasitə satanlar saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlər zamanı əvvəllər məhkum olunmuş Zaur Əmənov və Qurban Dəmirov saxlanılıblar.

DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb. 

Bundan əlavə, Q.Dəmirovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində sonuncunun bir neçə il əvvəl şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Bərdədə isə polis 7 kiloqram narkotik vasitə aşkarlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb. Onun narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Избранный
8
17
xalqqazeti.az

10Источники