RU

''Latsio'' ''Fənər''i 5 ulduzlu komanda kimi göstərdi, ''Qalatasaray''ın cavabı gecikmədi - FOTO

''Fənərbaxça''nın mövsümöncəsi toplanışı Portuqaliyada keçəcəyini və burda 4 komanda ilə qarşılaşacağını xəbər vermişdik.

Bu arada İstanbulun digər nəhəngi ''Qalatasaray''ın da hazırlıq dönəminə dair detallar bəlli olub. Türkiyə çempionu ilk toplanışıiyulun 19-23-də Avstriyanın Vindişqarsten bölgəsində keçəcək. Komanda burda ''Summer Series Upper'' çərçivəsində iyulun 20-də ''Admira'', 23-də isə A seriyası təmsilçisi ''Kalyari'' ilə qarşılaşacaq. ''Sarı-qırmızılar'' daha sonra İstanbula qayıdaraq hazırlıqlarını burda davam etdirəcəklər.

İstanbulda isə komanda doğma ''Rams Park''da iyulun 26-da ''Strasbur'', avqustun 2-də ''Latsio'' ilə qarşılaşacaq. Yeri gəlmişkən, ''Latsio'' ilə bağlı maraqlı bir detal var. İtaliya nəhəngi İstanbul turnesi çərçivəsində tək ''Qalatasaray'' yox, iyulun 30-da ''Fənərbaxça'' ilə də qarşılaşacaq. ''Latsio''nun rəsmi sosial şəbəkə səhifələrində bu oyunlarla bağlı paylaşım edilib. Maraqlıdı ki, həmin paylaşımda ''Qalatasaray'' kimi ''Fənərbaxça'' da 5 ulduzlu komanda kimi təqdim olunub!

Hərçənd rəsmi olaraq ''Fənər''in 19 çempionluğu olduğu üçün 3 ulduzu var. ''Qalatasaray''ın rəsmi ''x'' (tvitter) hesabı isə ''Latsio''nun bu paylaşımına dərhal cavab verib. ''Qalatasaray'' tərəfindən ''loqoların düzgün istifadəsini bu şəkildə tapa bilərsiz'' sözləri qeyd olunan paylaşımda ''Qalatasaray'' 5, ''Fənər'' isə 3 ulduzla qeyd olunub.
''Latsio'' ''fənər''i 5 ulduzlu komanda kimi göstərdi, ''qalatasaray''ın cavabı gecikmədi
Избранный
11
1
football-plus.az

2Источники