RU

Bərdədə keçmiş məhkumdan 7 kiloqram narkotik götürüldü

Bərdə rayonunda keçmiş məhkumdan 7 kiloqram narkotik vasitə götürülüb.
 
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Moderator.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb.
 
Onun yaşadığı ünvana baxıș zamanı yardımçı tikilidə 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran vətəndaşından əldə etdiyi müəyyən olunub.
 
Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.
 
Избранный
7
7
moderator.az

10Источники