Şirvan, 21 iyun, Aydın Yavərzadə AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlər zamanı əvvəllər məhkum olunmuş Zaur Əmənov və Qurban Dəmirov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslərdən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.
Bundan əlavə, aparılan əməliyyat tədbirləri nəticəsində Q.Dəmirovun bir neçə il əvvəl şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.