Türkiyə Cənubi Qafqazda və digər regionlarda sülhməramlı təşəbbüslərə rəhbərlik etməkdə davam edir. Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yaşar Gülər Malatyada jurnalistlərlə görüşü zamanı bildirib.
Nazir Gülər deyib: “Cənubi Qafqazdan Qara dənizə, Yaxın Şərqdən Afrikaya və Balkanlardan Aralıq dənizinə qədər bir çox bölgədə sülhməramlı təşəbbüslərimizi davam etdirəcəyik. Bütün fəaliyyətlərimiz ölkəmizin beynəlxalq arenada görünürlüğünü əhəmiyyətli dərəcədə artırır, qlobal təhlükəsizlik memarlığının əvəzsiz iştirakçısı kimi mövqeyimizi gücləndirir”. Yaşar Gülər onu da bildirib ki, Ankara Türkiyə hərbi sənayesinin nisbi üstünlük əldə etməsi üçün intensiv səylər göstərir.